Qubada VII çağırış deputatı Anatoli Rafailovun vətəndaşlarla ilk qəbul görüşü keçirilib.

Qubada Milli Məclisin deputatı Anatoli Rafailovun ilk qəbul görüşü keçirilib, burada vətəndaşların sosial və məişət problemləri müzakirə olunub.

12/10/20241 dəqiqə oxu

Qubada Azərbaycan Milli Məclisinin VII çağırış Quba–Qusar 60 saylı seçki dairəsindən deputatı Anatoli Rafailovun vətəndaşlarla ilk qəbul görüşü keçirilib.

Görüş zamanı şəhid ailəsinin və dairə sakinlərinin müraciətləri diqqətlə dinlənilib. Vətəndaşlar sosial problemlər, səhiyyə, bəzi kəndlərin su ilə təminatı, mənzil tikintisi və digər sahələrlə bağlı məsələləri qaldırıblar.

Qaldırılan məsələlərin həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, eləcə də aidiyyəti qurumlara rəsmi sorğular göndəriləcək.