Magen David Qadın Azərbaycanda

AYNA ALIXANOVA – “Magen David Women’s” təşkilatının Azərbaycandakı direktoru.

AYNA ƏLİXANOVA – “Magen David Women’s” təşkilatının Azərbaycandakı direktoru.

Ayna Əlixanova Vaqif qızı Bakı şəhərində anadan olub. 1999-2003-cü illərdə BDU Şərqşünaslıq fakültəsinin ibri dili və ədəbiyyatı bölməsində(filoloq-tərcüməçi) təhsil alıb. 2008-2009cu illərdə isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisası üzrə bitirib. Daha sonra 2008-2011-ci illərdə təhsilini Bakı Slavyan Üniversitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə davam etdirmişdir. Magistratura pilləsini isə 2015-2017-illərdə Maksim Tank adına Belarus Pedaqoji Dövlət Universitetində Fərqlənmə diplomu ilə bitirmişdir.

Bir çox təhsil müəssisələrində eləcə də "Khabad-Or-Avner" yəhudi məktəbində ibri dili fənnini tədris etmişdir.

Bakı Slavyan Unuversitetinin Azərbaycanşünaslıq Elmi Tədqiqat və Folklor Araşdırmalar Mərkəzlərində ,Azərbaycan dili və onun tədrisi metodikosu kafedrasında müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat İnstitutunun doktorantıdır,Azərbaycanda ilk olaraq "Dağ yəhudiləri ədəbiyyatında milli özünəməxsusluqlar və ümumbəşəri

istiqamətlər” mövzunda elmi işin müəllifidir.

Qırxdan çox elmi məqalənin, həmçinin "Xocalıya Ədalət" kompaniyası çərçivəsində "XOCALI SOYQIRIMI" kitabının (Azərbaycan dilindən ibri dilinə) İbri dilindən isə " Moşe Smilyanski " həyat və yaradıcılığı adlı kitabını tərcümə etmişdir. Bir çox beynəlxalq elmi konfransların, layihələrin iştirakçısıdır. Müxtəlif sertifikat və bir sıra mükafatların laureatıdır.

Biz inanırıq ki, birlikdə — gücümüz var. Məhz qadın mərhəməti, müdrikliyi və daxili möhkəmliyi ətrafdakı dünyanı dəyişə bilər. Qoy təşkilatımız qarşılıqlı dəstəyin, hörmətin və ilhamın simvoluna çevrilsin — təkcə yəhudi icması üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün.

Bu gün biz gələcəyin möhkəm təməlini qoyuruq — elə bir gələcəyin ki, onunla qızlarımız və nəvələrimiz fəxr edəcəklər. Çünki məhz bu ilk addımdan böyük bir tarix başlanır — qadın həmrəyliyi, yaradıcılıq və nur tarixı.

Fotogalereya

Bizim tərəfdaşlarımız

Bizim tərəfdaşlarımız

Missiyamız

Azərbaycanda yəhudi qadın təşkilatının yaradılması — bu, yalnız icma həyatında yeni mərhələ deyil, həm də köklərimizi möhkəmləndirməyə, qadınları dəstəkləməyə, mənəvi və mədəni dəyərləri qorumağa yönəlmiş şüurlu addımdır. Biz inanırıq ki, qadının gücü — onun birləşdirmək, yaratmaq və ilham vermək bacarığındadır.

Müasir, çağırışlarla dolu dünyada qadın ailənin və cəmiyyətin dayağı olaraq qalır. Təşkilatımız elə bir məkan olacaq ki, burada qadının səsi eşidiləcək — güclü, mehriban, müdrik. Biz təhsil, mədəniyyət, xeyriyyəçilik, mənəvi və fiziki sağlamlıq sahəsində təşəbbüsləri dəstəkləyəcəyik. Burada hər bir iştirakçı , öz dəyərini hiss edəcək.və töhfə verəcək.

Hər iki xalqın qədim adət- ənənələrini yaşatmaq, gələcək yeni nəsillərə ötürmək üçün bu yöndə mühazirələr, görüşlər, mədəni proqramlar və ortaq layihələr həyata keçiriləcək . Biz dünyanın digər qadın təşkilatları ilə əlaqələri möhkəmləndirəcək, dostluq və qarşılıqlı anlaşma körpüləri yaradacağıq.

Biz tarixə dönəcək bir səhifə açırıq. Qoy bu təşkilat ideyaların yarandığı, liderlərin yetişdiyi və qadın həmrəyliyi ilə xalqlarımızın ruhunun qorunduğu məkan olsun. Həmrəyliyimiz, müdrikliyimiz və inamımız gələcək nəsillərin nurlandırsan !