Azərbaycan milli jurnalistika günü münasibətilə tədbir

Bakıda Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olundu

Bakıda Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir Milli Məclisin deputatı Sabina Salmanovanın təşəbbüsü ilə “Magen David Azərbaycan” İnsan Hüquqlarını Müdafiə və Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə millət vəkilləri, ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər arasında Milli Məclisin deputatı, “Magen David Azərbaycan”ın fəxri sədri Anatoli Rafailov, Magen David Group-un Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov və deputat Sabina Salmanova da yer alıblar.

Qonaqlar üçün bədii proqram təqdim olunub.

Tədbirdən video

Tədbirdən fotolar